Bərdədə iki avtomobil toqquşub, yaralılar var - FOTO

Bərdə. 14 avqust. REPORT.AZ/ Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağdam rayon sakini Loğman Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman Bərdə rayon sakini Azər Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ"ın sürücüsü L.Əhmədov və avtomobildə olan sərnişin Azər Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47