Bərdədə ahıl kişi intihar edib

Bakı. 8 fevral. REPORT.AZ/ Bərdə rayonunda ahıl kişi özünü asaraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə rayonun Təbriz küçəsi ev 12-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Rəhimov Vilayət Sokrat oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47