Video əlavə olunub
*** 15:45
Bərdə. 16 noyabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.