​Bərdədə yanğın baş verən evdə qadın meyiti aşkar edilib

Bakı. 1 fevral. REPORT.AZ/ Səhər saatlarında Bərdə rayonunun Qəhrəmanlı kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24