Bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dövlət Komitəsinə edilən müraciətlər hər il artır.
Şöbə müdirinin sözlərinə görə, hazırda bələdiyyələrdə gender zorakılığına qarşı komissiyalar yaradılır:
"Xüsusi qutular qoyulub və vətəndaşlar gizli olaraq məlumatları ora daxil edir, bələdiyyələr isə onları dövlət orqanlarına təqdim edir. Bu, Avropa təcrübəsi əsasında tətbiq edilir".