Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb

Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-də Qax rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb. Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.

Araşdırma aparılır.

Digər xəbərlər