Balakəndə 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb

Bakı. 20 iyun. REPORT.AZ/ Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb.

"Report"un məlumatına görə, rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Onların axtarışları Balakən rayon Polis şöbəsi tərəfindən davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47