Bakıda qətl hadisəsi baş verib

Bakı. 1 sentyabr.REPORT.AZ/ Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə Babək prospekti ev-17 ünvanında olub.

Hadisə zamanı Bakı şəhər sakini, 50 yaşlı Füzuli İsgəndərov naməlum şəxs tərəfindən qətlə yetirilib.

Cinayətkar F.İsgəndərova çoxsaylı bıçaq zərbələri vuraraq onu həyatdan məhrum edib. Hadisə baş verən ünvanda Nizami RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılıb.

Polislər qətli törədən şəxsin axtarışlarını davam etdirir.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12