Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda ötən gecə qeydə alınan qeyri-sabit hava şəraiti fəsadlara səbəb olub. Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunda Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) "Ekologiya" postu ilə üzbəüz yerləşən "Eurohome" tikinti materialları bazarının iri reklam lövhələri aşıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bazara nə qədər ziyan dəyməsi araşdırılır.