Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycandakı beynəlxalq hava limanında Qırğızıstanda axtarışda olan Qazaxıstan vətəndaşı tutulub.
“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.
Əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları həyata keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan Respublikası CM-in 123-cü (adam oğurluğu) və 170-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Qazaxıstan vətəndaşı Eldar Panagi tutulub.