Bakıda başına daş parçası düşən yeniyetmə ölüb

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçası düşən yeniyetmə vəfat edib.

"Report" xəbər verir ki, 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bir həftə əvvəl baş verib.

Fakt üzrə Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45