Bakıxanov stansiyası ərazisində 72 yaşlı qadını maşın vurub

Bakı. 21 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 72 yaşlı qadını avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 1945-ci il təvəllüdlü Məmmədova Zərifə Məmmədalı qızı Bakıxanov qəsəbəsində stansiya ərazisində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı "10-VM-062" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü törədib və o özü xəsarət alan qadını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47