Bakıda 52 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

Bakının Xəzər rayonunda 52 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Bünyadov Natiq Mahmud oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırparaq aşırıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14