Bakının mərkəzində gənc ayağından bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Nizami küçəsində yerləşən Xaqani bağında 2003-cü il təvəllüdlü Cavadov Ümid Cavad oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun ayaq nahiyələrində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər