Bakının mərkəzində disko-barda yanğın olub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakının mərkəzində restoranda yanğın olub.

“Report”un xəbərinə görə, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 4 ünvanında yerləşən “Yeni BUM” ASC-nin zirzəmisində fəaliyyət göstərən və 150 kv.m. sahəsi olan “Night Office Club”un disko-barında 30 kv.m. hissədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Digər xəbərlər