Bakının Heydər Əliyev prospektində (stadionun qarşısında, metronun "Koroğlu" stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu səbəbdən də prospektin qeyd olunan hissəsində sıxlıq müşahidə olunur.