Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

"Report" xəbər verir ki, bu barədəBakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26