​Bakıdakı kafelərdən birində yanğın olub

Bakı. 18 may. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m olan kafenin tüstü bacasında yağ qalıqları yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadəön xəbər verir ki, kafe yanğından mühafizə olunub.

Yanğın saat 17:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41