​Bakıdakı istirahət mərkəzlərindən birində oğurluq olub

Bakı. 25 avqust. REPORT.AZ/ Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərindən birində, orada işləyən Əfqan Məlikova məxsus qızıl üzük oğurlanıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Xəzər rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rəcəb Nəcəfov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41