Bakıda yolu keçmək istəyən yaşlı kişini avtomobil vurub

Bakı. 2 fevral. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində piyadanı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 1965-ci il təvəllüdlü İsmayılov Rafiq Tofiq oğlu yolu keçərkən baş verib.

Minik avtomobilinin vurduğu piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47