Paytaxtda yolu keçmək istəyən qadını avtomobil vuraraq qaçıb

Bakı. 17 may. REPORT.AZ/ Bakının Nizami rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Baxçıyeva Svetlana Nikolayevnanı naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan S.Baxçıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47