Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Xəzər rayonununda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zirə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1961-ci il təvəllüdlü Babayeva İradə Qulu qızı, 1962-ci il təvəllüdlü Babayeva Xatirə Babakişi qızı, eyni yaşda olan daha 2 nəfər Hüseynova Naibə Ağarza qızı və Zeynalova Təranə Murad qızı xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45