Bakıda yol qəzasında iki nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, motosiklet hərəkətdə olan avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobildəki sərnişinlər - 1973-cü il təvəllüdlü Şahverdiyeva Zəkiyyə Vahid qızı və 2001-ci il təvəllüdlü Məlikova Leyla Füzuli qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14