Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Ziya Bünyadov prospektində motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü - 39 yaşlı Muhiyev Əşrəf Ətraf oğlu və sərnişini - 17 yaşlı Məmmədli Elşən Elşad oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər