Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Motosikletlə avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Rzayev Ağamir Fikrət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol mil sümüyünün sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05