Bakıda yol qəzası oldu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə 20 Yanvar dairəsində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1976-cı il təvəllüdlü Behbudov İsmayıl Eldar oğlu və 1999-cu il təvəllüdlü Qasımov Pərviz Abbas oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. İ.Behbudova baldır sümüyünün sınığı, P.Qasımova isə baldır sümüyünün əziyi diaqnozları qoyulub.

Digər xəbərlər