Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1993-ci il təvəllüdlü Qurbanzadə Əli İbrahim oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.