"Bakıda yataqxanalarda yanğınlar ehtiyatsızlıqdan baş verir".
"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərin yaşadığı yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb:
"Yataqxanalarda baş verın yanğınlarda müdaxilələr var. Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar".