Bakıda yaşlı qadını avtomobil vurub

Bakı. 6 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda yaşlı qadını avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə 1975-ci il təvəllüdlü Hüseynova Səbinə Barat qızı Əhmədli qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.

Yol-nəqliyyat hadisəsini minik avtomobilinin sürücüsü törədib. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37