Bakıda yaşlı kişi evində ölü tapılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56