Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Hadisə zamanı ümumi sahəsi 35 m² olan bir otaqlı mənzildə 1 ədəd televizor və televizor altlığı yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47