Bakıda çoxmərtəbəli binada yanğın hadisəsi olub - FOTO

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Fətəli Xan Xoyski küçəsində çoxmərtəbəli binanın 7-ci mərtəbəsinin mənzillərindən birinin eyvanında yanğın olub. Məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.  

Ramin Şahbazov

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45