Paytaxtda xəsarətlə nəticələnən yol qəzası olub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmişov Rüstəm Şahlar oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05