Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Neftçilər prospektində 1993-cü il təvəllüdlü Əsgərov Samir Hüseynəli oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan S.Əsgərov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57