Bakıda xarici ölkə vətəndaşı yol qəzasında xəsarət alıb

Bakıda xarici ölkə vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində Pakistan vətəndaşı, 1987-ci il təvəllüdlü Şahzad Vyaqat Ali xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14