Bakıda təqaüdçü kişini avtomobil vurub

Bakı. 20 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonunda təqaüdçü kişini avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə 1961-ci il təvəllüdlü Tağıyev Natiq Sərhad oğlu yolu keçmək istəyən zaman baş verib.

Yol-nəqliyyat hadisəsini "Mercedes" markalı avtomobilin sürücüsü törədib. O, yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə aparıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24