Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Adəm Quliyevin məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Adəm Quliyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zaman tanışı, 1975-ci il təvəllüdlü Natiq Nəcəfova bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39