Bakıda taksi sürücüsü özünü bıçaqlayıb

Bakı. 1 may. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisısi baş verib.

“Report” xəbər verir ki, 1964-cü il təvəllüdlü Ramiz Babayev taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə qarın boşluğuna bıçaqla xəsarətlər yetirib.

Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən intihara cəhdin səbəbləri araşdırılır.

Digər xəbərlər