Bakıda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı. 4 noyabr. REPORT.AZ/  Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, qəza nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında - Gön Dəri Fabrikinin qarşısında baş verib. 33 yaşlı Elnur Məhərrəm oğlu Məsimov "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yol kənarında dayanan "Şaqman" markalı yük maşınını arxadan vurub. Qəza nəticəsində "Opel"in sürücüsü təcili tibbi yardım maşını ilə 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Qəzanın yüksək sürət nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27