Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ağababa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, A.Əsgərov soyğunçuluq etdiyi üçün tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.