Bakıda şirkətdə fəhlə faciəli şəkildə ölüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda fəhlə faciəli şəkildə ölüb.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. 

"Bakıinşaatsənaye" ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Hafiz Heydərov

Digər xəbərlər