Bakıda sərxoş piyadanı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakı. 19 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunun eyniadlı qəsəbəsində sərxoş piyadanı avtomobil vuraraq ona ağır xəsarət yetirib.

“Report”un xəbərinə görə, 44 yaşlı Şerbakov Vyaçeslav yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu “Opel” markalı avtomobil vurub.

O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47