Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.

"Report"un məlumatına görə, 3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45