Bakıda saxta avro satan xarici ölkə vətəndaşları saxlanılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda saxta əskinaz satan şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə kİ, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər

Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56