Bakıda restoranda yanğın olub, 20 nəfər təxliyyə edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsində restoranın tüstü borusunun içərisində yağ qalıqları 12 p.m və dam örtüyündə tüstü bacasının ətrafı 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a daxil olan məlumata görə, yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Restoranın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41