Bakıda quldur dəstəsi tutulub

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda quldurluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Bakı şəhər sakini Əfqan Məmmədovun pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Tural Əhmədov, Daşlı Babayev, Ərəb Ərəbəliyev və Oqtay Nizami tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56