Bakıda qətl törədən Lənkəran sakini tutulub

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda qətl törədən Lənkəran sakini tutulub.

"Report" xəbər verir ki, iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14