Bakıda qəbiristanlıqda 3 günlük körpə tapılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb. 

"Report"un məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. 

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər