​Bakıda qayın yeznəsinin mənzilindən 45 min dollar oğurlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub. “Report”un məlumatına görə, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.

Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47