Bakıda qatarın altında qalan kişi ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda qatarın altında qalan kişi ölüb.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, Yeni Günəşli qəsəbə sakini Məhərrəm Əlihüseyn oğlu Abbasov yolu keçmək istəyərkən Keşlə-Biləcəri qatarının altında qalıb.

Qapalı kəllə-beyin travması alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Abbasov yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər